Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.
Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Qazax-Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən rayonlar haqqında məlumat verəcəyik.
Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları var.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Ağatafa rayonu üzrə 1426, Gədəbəydə 1750, Qazaxda 1455,
Şəmkirdə 3434, Tovuz rayonunda isə 3243 təhsilverən çalışır.