Azedu.az

Üç avtomobilin toqquşması nəticəsində xəsarət alanlar arasında yeniyetmə var

Xəbərlər

12 Avqust 2025, 22:50
Üç avtomobilin toqquşması nəticəsində xəsarət alanlar arasında yeniyetmə var

Bu gün saat 18:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox