Azedu.az

Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK

Xəbərlər

12 Avqust 2025, 15:39
Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK

“Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub”.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ən yeni tarixin təhsilalanlara təqdim edilməsi baxımından növbəti illərdə hazırlanacaq və ya təkmilləşdiriləcək aidiyyəti dərsliklərdə son dövrləri əhatə edən mühüm məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı əlavə məlumatlar yer alacaq.

Əlavə olaraq qeyd edilib ki, ümumi təhsil pilləsi üçün hazırlanmış dərsliklərdəki materialların təlimə uyğun həyata keçirilməsi üçün metodik tövsiyələri də özündə ehtiva edən dərsliklərlə komplekt təşkil edən müəllimlər üçün metodik vəsaitlər hazırlanır. Dərslikdə yer alan mövzuların effektiv tədrisi ilə bağlı tövsiyələr həmin vəsaitlərdə əks olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox