Azedu.az

MİQ-in vakansiya seçim mərhələsinin nəticələri AÇIQLANDI

Xəbərlər

MİQ

12 Avqust 2025, 15:17
MİQ-in vakansiya seçim mərhələsinin nəticələri AÇIQLANDI

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

AzEdu.az xəbər verir ki, 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Ümumilikdə isə müsabiqə üzrə 3958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib. 

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox