Azedu.az

1561 vakant yerə 4700 namizəd müraciət edib - Ceyhun Kərəmov

Xəbərlər

12 Avqust 2025, 13:04
1561 vakant yerə 4700 namizəd müraciət edib - Ceyhun Kərəmov

“Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçirilir. Bu müsabiqə çərçivəsində ölkə üzrə 1561 vakant yer elan etmişik. Ümumi müraciət edənlərin sayı isə təqribən 4700 nəfər olub”.

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov söyləyib. 

Onun sözlərinə görə, müraciət edənlərin 2434 nəfəri imtahana buraxılıb, bu gün isə 1922 nəfər imtahanda iştirak edir: “Peşə təhsilinin keyfiyyətinin artırılmasında əsas şərtlərdən biri müəllim-pedaqoji və usta heyətinin əmək bazarının tələblərinə uyğun şəkildə tədrisi təşkil etmə bacarığıdır. Bu baxımdan ildən-ilə yeni ixtisaslar açıldıqca onları tədris edə bilən müəllimləri işə qəbul edirik”.

Ceyhun Kərəmov əlavə edib ki, imtahan Təhsil İnstitutu tərəfindən Bakı, Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvan Muxtar Respublikasında təşkil olunur. İmtahanda əsasən ixtisas və pedaqoji yanaşma ilə bağlı suallar təqdim edilir. İmtahanda uğur qazanan müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən uğurla keçənlər sentyabrın birinci yarısında işə qəbul ediləcəklər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox