Azedu.az

Beynəlxalq olimpiada qaliblərinə 100 min manat mükafat verilsin - TƏKLİF

Xəbərlər

7 Avqust 2025, 10:49
Beynəlxalq olimpiada qaliblərinə 100 min manat mükafat verilsin - TƏKLİF

Gənc istedadların beynəlxalq fənn olimpiadalarında qazandıqları uğurlar təkcə fərdi nailiyyət deyil, həm də ölkənin elmi potensialının göstəricisidir. Bu baxımdan, belə şagirdlərin maddi və mənəvi stimullaşdırılması təhsilin strateji inkişafı üçün vacib addımlardan biri hesab olunur. 

Mövzu ilə bağlı AzEdu.az-a sabiq deputat Etibar Əliyev danışıb. 

O mövzu ilə bağlı təklif irəli sürüb:

"Fənlər üzrə keçirilən Beynəlxalq Olimpiadalarda yüksək nəticə göstərən şagirdlərimizin pul mükafatı ilə rəğbətləndirilməsi günümüzün tələbədir. Düşünürəm ki, Təhsilin İnkişafı Fondu və Olimpiadalara Hazırlıq Mərkəzi ölkəmiz üçün çox vacib olan belə bilik yarışmasının qaliblərini ilkin mərhələdə kiçik vəsaitlə mükafatlandıra bilər.

Belə ki, qızıl medala layiq görülmüş şagirdlər - 100.000 manat, gümüş medala layiq görülmüş şagirdlər 50.000 manat, bürünc medala layiq görülmüş şagirdlər isə 30.000 manat ilə mükafatlandıra bilər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox