Azedu.az

İstirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına düşdü - 6 nəfər yaralandı

Xəbərlər

7 Avqust 2025, 09:48
İstirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına düşdü - 6 nəfər yaralandı

Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına düşüb.

AzEdu.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarındakı işiq dirəyinə çırpılıb.

Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və daha hələki şəxsiyyətləri məlum olmayan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Qəzada xəsarət alan şəxslərin hamısı Qax rayonu Qum kənd körpələr evi və uşaq bağçasının işçiləridi.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox