Azedu.az

Məktəb direktorları beynəlxalq təcrübə proqramında iştirak ediblər 

Xəbərlər

5 Avqust 2025, 14:24
Məktəb direktorları beynəlxalq təcrübə proqramında iştirak ediblər 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramı həyata keçirilib. 

AzEdu.az xəbər verir ki, proqramın əsas məqsədi idarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkədə təhsilin inkişafı üzrə qəbul olunmuş dövlət strategiyasına uyğun olaraq bu təşəbbüsə təşkilati dəstək göstərib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi siyahıya əsasən proqramda 34 məktəb direktorundan 20-si  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə iştirak edib.

Qeyd edək ki, Azərbaycan  nümayəndə heyətinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qönçə Hacıyeva da daxil idi.  

Təhsil mühitində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ idarəetmə yanaşmalarının tətbiqi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir və bu kimi təşəbbüslərə dəstəyini gələcəkdə də davam etdirəcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox