Azedu.az

Qazaxıstanda məktəblərdə şəraitsizliyə görə cərimə tətbiq ediləcək

Xəbərlər

5 Avqust 2025, 13:32
Qazaxıstanda məktəblərdə şəraitsizliyə görə cərimə tətbiq ediləcək

Qazaxıstan Təhsil Nazirliyi məktəblərdə minimal fiziki infrastrukturun təmin olunmaması halında məsul şəxslərə qarşı inzibati cəza tədbirlərinin görüləcəyini bildirib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, təhsil müəssisələrində şəraitin zəif olması, xüsusilə azyaşlı və sosial cəhətdən həssas qruplara aid uşaqlar üçün ciddi təhlükə yaradır.

Bu səbəbdən hökumət cinayət məsuliyyətinə qədər uzanan yeni qanuni mexanizmlərin tətbiqini nəzərdən keçirir.

Məqsəd məktəblərdə təhlükəsiz və əlçatan təhsil mühitinin yaradılmasını təmin etməkdir.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox