Azedu.az

Keçid balları hər şeyi demir: İxtisas seçimində edilən YANLIŞLIQLAR

Xəbərlər

5 Avqust 2025, 13:02
Keçid balları hər şeyi demir: İxtisas seçimində edilən YANLIŞLIQLAR

Avqustun 11-dən başlayacaq ixtisas seçimi ərəfəsində bir çox abituriyent və valideyn ciddi qərar vermək mərhələsindədir. Bəziləri bu prosesi mütəxəssislərlə aparsa da, bəziləri heç bir analiz etmədən, keçən ilin nəticələrinə güvənərək seçim edir.

Mövzu ilə bağlı AzEdu.az təhsil eksperti Ramin Nurəliyev ilə həmsöhbət olub. 

Ekspert qeyd edib ki, keçənilki keçid ballarına qətiyyən güvənmək olmaz

"Avqust ayının 11-də ixtisas seçiminə start veriləcək. Bəziləri bu prosesi mütəxəssislərlə birgə həyata keçirir, digərləri isə kortəbii şəkildə, heç bir məsləhət almadan seçim edirlər. Heç bir mütəxəssisdən yardım almadan ixtisas seçimi edən valideyn və abituriyentlərə tövsiyə edirəm ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi ümumi statistikaya baxıb təhlil aparsınlar.

Keçənilki keçid ballarına qətiyyən güvənmək olmaz. Çünki hər il ixtisaslar üzrə keçid ballarında artım və ya azalma müşahidə oluna bilər. Bu proses ixtisas qruplarına uyğun olaraq fərqli şəkildə özünü göstərir və ciddi şəkildə izlənməlidir. Məsələn, II ixtisas qrupunda 500 bal ətrafında dəyişiklik 30 bal ola bilərsə, 250–300 bal aralığında bu fərq 10 və ya 50 bala qədər arta bilər. Yəni hər ixtisas qrupu üzrə ballarda artım və enmə müxtəlif cür ola bilər. Buna görə də DİM-in təqdim etdiyi ümumi statistikanı təhlil etmək tövsiyə olunur".

Bəzi abituriyentlər yüksək bal topladıqları üçün əvvəlki ilki keçid ballarına əsaslanaraq ixtisas seçməyə çalışırlar

"Bu yanaşma tamamilə yanlışdır. Çünki keçid balları yalnız əvvəlki ilin abituriyentlərinin nəticələrinə əsasən formalaşır və cari il üçün heç bir zəmanət daşımır.

İxtisas seçimi zamanı əmək bazarının tələblərini də nəzərə almaq vacibdir. Bəzən abituriyentlər topladıqları bala uyğun olmayan, daha yüksək ballı ixtisasları seçərək xəyal qırıqlığı ilə üzləşirlər. Bu məsələ olduqca ciddidir. Çünki bütün hazırlıq dövrünün nəticəsi məhz ixtisas seçimi ilə yekunlaşır. Fikrimcə, bu istiqamətdə həm abituriyentlər, həm də valideynlər düzgün və düşünülmüş qərar verməlidirlər".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox