Azedu.az

Hindistanda sənət diplomu proqramları 3 ilə endirildi

Xəbərlər

5 Avqust 2025, 13:00
Hindistanda sənət diplomu proqramları 3 ilə endirildi

Hindistanın Maharashtra əyalətində texniki təhsil sahəsində 50 ildən sonra ilk dəfə olaraq böyük bir yeniliyə imza atılıb. Sənət sahəsindəki diplom proqramlarının müddəti 4 ildən 3 ilə endirilib.

AzEdu.az xarici mənbədən aldığı məıumata əsasən xəbər verir ki, yeniliklərə görə, rəsm, heykəltəraşlıq, tətbiqi sənət və dizayn kimi kurslar daha qısa zamanda tamamlanacaq. Əvvəllər məcburi olan “foundation year” – əsas tədris ili artıq könüllü hala gətirilib. Bu dəyişiklik proqramın həm müddətini azaldıb, həm də onu daha müasir və əlçatan edib.

Təhsil rəsmiləri bildirirlər ki, məqsəd sənət təhsilini daha praktik və peşə yönümlü formaya salmaq, eyni zamanda gənclərə real iş imkanları yaratmaqdır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox