Azedu.az

MDU-nun tələbələri Türkiyədə peşəkar təcrübə qazanacaqlar

Universitetlər

29 İyul 2025, 17:10
MDU-nun tələbələri Türkiyədə peşəkar təcrübə qazanacaqlar

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrinin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi istiqamətində yeni bir addım atılmışdır. Universitetin tələbələri “JOB IN GLOBAL” MMC ilə əməkdaşlıq çərçivəsində Türkiyə Respublikasının aparıcı turizm regionlarında yerləşən 5 ulduzlu otellərində həm təcrübə keçmək, həm də əmək haqqı almaq imkanı əldə edəcəklər.

AzEdu.az xəbər verir ki, təcrübə proqramı tələbələrə yalnız nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək imkanı deyil, həm də qlobal əmək bazarına inteqrasiya üçün vacib olan xarici dil biliklərinin inkişaf etdirilməsi, ünsiyyət və xidmət sahəsində müasir standartlara uyğun təcrübə toplamaq imkanı yaradır. Proqram vasitəsilə tələbələr rəsmi iş icazəsi və viza dəstəyi, təyyarə bileti (gidiş‑dönüş), hava limanı transferi, pulsuz yaşayış və gündəlik 3 dəfə qidalanma, tibbi sığorta, türk bank hesabı, peşəkar təlim və daimi dəstək, beynəlxalq sertifikat təqdimatı ilə təcrübənin rəsmiləşdirilməsi ilə təmin olunacaq.

Universitet rəhbərliyi bu əməkdaşlığın MDU-nun beynəlmiləlləşmə strategiyasının tərkib hissəsi kimi, tələbələrimizin həm peşəkar, həm də şəxsi inkişafına böyük töhfə verəcəyini hesab edir.

Proqrama qoşulan tələbələr Antalya, Bodrum və İzmir kimi şəhərlərdə müxtəlif tanınmış 5 ulduzlu otellərdə təcrübə fəaliyyətinə başlayacaqlar. Onlar otel idarəçiliyi, qonaq qəbulu, mətbəx xidməti, animasiya və digər sahələr üzrə praktiki biliklər əldəm edəcəklər.

Bu əməkdaşlıq gələcək illərdə daha da genişlənərək Mingəçevir Dövlət Universitetinin daha çox tələbəsini beynəlxalq təcrübəyə çıxarmağa imkan verəcəkdir.

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox