Azedu.az

MİQ-də 97 bal toplayan müəllim: Hədəfim sertifikasiyada da liderlikdir

Xəbərlər

Müəllimlər və elm adamları

MİQ

29 İyul 2025, 12:15
MİQ-də 97 bal toplayan müəllim: Hədəfim sertifikasiyada da liderlikdir

Xəbər verdiyimiz kimi, ötən günlərdə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ilk test imtahanı mərhələsində texnologiya, təsviri-incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçirilib.

İmtahanda iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Kamilə Eyvazlıdır. O, MİQ imtahanında texnologiya  fənnindən 97 bal toplayıb.

AzEdu.az müəllimlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

İmtahana daxil olmazdan əvvəl video çəkmişdim və orada demişdim ki, "Mən 90 bal toplayacağam", çünki özümə güvənirdim:

"Mən,1999-cu il iyunun 14-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşam. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin məzunuyam. Pedaqoji fəaliyyətimə 2022-ci ildən başlamışam. Hazırda Neftçala rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbində texnologiya fənnini tədris edirəm.

Cəmi 5 aylıq repetitor hazırlığı ilə bu nəticəni toplamışam. Bu yolda ən böyük dəstəkçim ailəm olub. Yaşadığım yer ilə iş yerim arasında 40 km məsafə olduğundan həyat yoldaşım hər gün işə aparıb-gətirir. 2022-ci ildə də MİQ imtahanında iştirak etmiş və 70 bal toplamışdım.

Fəaliyyətimi yaşadığım Şirvan şəhərində davam etdirmək istərdim. Lakin aktiv vakansiya olmadığından hazırda Bakı şəhərində çalışmaq barədə düşünürəm.

MİQ imtahanı çətinlik dərəcəsinə görə asan, orta və çətin suallardan ibarət idi. Ancaq müəllim öz üzərində daim işləyirsə, bu sualları rahatlıqla cavablandıra bilər".

Gələn il sertifikasiyadan da ən yüksək nəticəni əldə edəcəyəm

"İmtahana daxil olmazdan əvvəl video çəkmişdim və orada demişdim ki, "Mən 90 bal toplayacağam", çünki özümə güvənirdim. Həqiqətən də çox çətin şəraitdə hazırlaşmışam. Hazırda üç işdə çalışıram. Həftənin 6 günü məktəbdə oluram, eyni zamanda iki övlad böyüdürəm. Əgər mən bu nəticəni əldə edə bilmişəmsə, deməli, hər bir müəllim də bacara bilər. Elə bu inamla imtahana getmişdim və bu gün də eyni inamla deyirəm ki, gələn il sertifikasiyadan da ən yüksək nəticəni əldə edəcəyəm.

Digər həmkarlarıma tövsiyə edirəm ki, hər bir müəllim öz ixtisası üzrə daim yeni biliklər əldə etməli və öz üzərində daimi çalışmalıdır. Son olaraq qeyd etmək istəyirəm ki, hər bir insan özünə inansın  inam uğurun başlanğıcıdır".

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox