Son illər kollec təhsili ilə bağlı ciddi islahatlar aparılır. Xüsusən də orta ixtisas təhsilinin yüksəldilməsi üçün bir sıra kolleclər ali təhsil müəssisələrinin nəzdinə verilib.
Buna baxmayaraq, kolleclərdə oxuyan qız tələbələrin oğlanlardan daha çox olmasını əsas gətirərək, oğlan tələbələrin hərbi xidmətdən möhlət hüququ verilməsinin Milli Məclis tərəfindən müzakirə olunması gözlənilir.
Millət vəkili Tahir Kərimli AzEdu.az-açıqlamasında bu faktı təsdiqləyib:
“Hesab edirəm ki, ali təhsil sisteminin üzvü olmuş kollec tələbələrinə bu hüquq verilsin. Gələcəkdə də fikrimi müdafiə edə bilərəm.
“Təhsil haqqında” qanunda bakalavr, magistr təhsili alan tələbələrin hərbi xidmətdən azad olunması, möhlət verilməsi qanunda öz əksini tapıb. Ona görə də kolleclərin hüquqi cəhətdən tam birləşdirilməsi başa çatdıqdan və hüquq müstəvisini tapandan sonra bunu müzakirə etmək olar.
Sabah Milli Məclisdə artıq “Orta təhsil haqqında” qanun layihəsi müzakirə edəcəyik. Orada liseylər və s. başqa məsələlər var. Əgər orta təhsildə bir xeyli oynadığı rolu ali təhsil sistemində kolleclər oynaya bilirsə, hesab edirəm ki, qanun verici qayda da kollec tələbələrinə də möhlət verilməsi məsələsi həll olunmalıdır.
Yəni bizim kifayət qədər hərbi kontingentimiz var, deyərdim, tamdır. Hesab edirəm gələcəkdə də müdafiə edə bilərəm ki, ali təhsil sisteminin üzvü olmuş kollec tələbələrinə eyni hüquq verilsin”.