Azedu.az

AHİK istirahət mərkəzlərinə mediatur təşkil edib- FOTOLAR

Xəbərlər

21 İyul 2025, 14:25
AHİK istirahət mərkəzlərinə mediatur təşkil edib- FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar 18-19 iyul tarixində Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərinə mediatur təşkil olunub.

AzEdu.az xəbər verir ki, mediatur iştirakçıları əvvəlcə AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Xaçmaz rayonunda yerləşən “Lokomotiv” istirahət mərkəzində olub. Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarətdir və 216 yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, hovuzlar və uşaq əyləncə guşələri var. Media nümayəndələri ərazini gəzib, istirahət şəraiti ilə tanış olublar.

Sonra media nümayəndələri AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” istirahət mərkəzinə gəliblər. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası mövcuddur. Geniş yaşıllıq sahəsi və müasir infrastruktur ilə seçilən mərkəz ailəvi istirahət üçün olduqca əlverişlidir. Jurnalistlər istirahət edən ittifaq üzvləri ilə görüşərək təəssüratlarını dinləyiblər.

Növbəti səfər Elm  Təhsil İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin balansında olan “Təhsil” istirahət mərkəzində olub. Xaçmaz rayonunda yerləşən və 10 hektardan çox ərazini əhatə edən bu mərkəzdə 3 üçmərtəbəli bina, 50-yə yaxın kottec, idman meydançaları, konfrans zalı, hovuzlar və 400 nəfərlik yeməkxana fəaliyyət göstərir və  “Təhsil “ isitrahət mərkəzi 800 yerlikdir.

Jurnalistlər burada şəraitlə tanış olub, istirahət edən təhsil işçiləri ilə söhbətləşiblər.

Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi olub. Burada 3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları mövcuddur.

Jurnalistlər burada da səhiyyə işçiləri və onların ailə üzvlərinin səmərəli istirahəti üçün yaradılmış şəraitlə tanış olublar.
Həmçinin tur iştirakçıları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzində də olublar. Mərkəzdə kotteclər və otel nömrələri, açıq-qapalı restoranlar, uşaq əyləncə zonaları var. Təbii bulaq sularının sağlamlığa faydalı xüsusiyyətləri ilə seçilən mərkəz istirahət üçün əlverişli məkandır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox