Azedu.az

Kommersiyalaşmayan elmi nəticə keçərli deyil

Xəbərlər

18 İyul 2025, 16:34
Kommersiyalaşmayan elmi nəticə keçərli deyil

"Biz ilk növbədə trendləri müəyyən etməliyik. Bu gün dünya elmi və təhsil qarşısında meqa trendlər var. Birincisi, sosial, ikincisi iqtisadi, siyasi, dördüncü texnoloji trendlər və ən çox elm və təhsil qarşısında duran, dünya çağrışlarına uyğun olaraq atılacaq addımların nəticələrini haqqında ən böyük müzakirələr gedir".

Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmlər doktoru, professor Zahid Məmmədov qonaq olarkən səsləndirib.

Professor qeyd edib ki, ümumiyyətlə bu gün elm və təhsil qarşısında duran ən önəmli məsələ gələcək cəmiyyətin problemlərinin həllinə yönəlik nə etməli sualına doğru və düzgün cavab verilməsidir: "Elm həqiqətdir, axtarışdır. Aparılan elmi-tədqiqatın nəticələri o zaman uğurlu olur ki, o, ya tədris prosesində, ya istehsalat prosesində, yaxud ictimai rifahın artımında insanların düşüncəsinin dəyişməsinə təsir göstərə bilir.

Əgər bunlar yoxdursa, aparılan elmi-tədqiqat nəticələri sıfırdır.Mənim potentim var,amma bu potent kommersiyalaşırmı? Xeyr. O zaman keçərli deyil. Klassik universitetlər var idi ki, onlar sadəcə tədrislə məşğul idi. ikinci universitetlər elmi-tədqiqatlar aparır və nəticələrini də tədrisdə istifadə edir".

Daha ətraflı linkə keçid etməklə tanış ola bilərsiniz.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox