Azedu.az

İmişlidə Araz çayında batan yeniyetmənin meyiti tapıldı-YENİLƏNİB

Xəbərlər

14 İyul 2025, 17:24
İmişlidə Araz çayında batan yeniyetmənin meyiti tapıldı-YENİLƏNİB

Araz çayının İmişlinin Göbəktala kəndindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.

AzEdu.az xəbər verir ki, o, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlinin meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

17:05

İmişlidə Araz çayının Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı şəxs batıb.

AzEdu.az xəbər verir ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirli Araz çayında boğulub.

S.Cahangirlinin axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

İlkin məlumata görə, Süleyman çayda üç nəfər ilə birgə çimirmiş. Onlardan ikisi sudan çıxsa da, Süleyman çayda boğulub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox