Dünyada elə ali təhsil müəssisələri var ki, özünəməxsusluğu ilə digərlərindən fərqlənir.
AzEdu.az dünyanın ən qeyri-adi universitetlərini diqqətinizə çatdırır:
Hamburger Universiteti
İlk Hamburger Universiteti 1961-ci ildə ABŞ-ın İllinoys ştatında yaradılıb. O vaxt ali təhsil müəssisəsini 14 min tələbə başa vurub. İndi universitetə hər il 5 min tələbə qəbul olunub və bu təhsil müəssisəsi dünyanın ən qocaman korporativ universiteti sayılır.ABŞ, İnstitutun şöbələri hal hazırda Tokio, London, Sidney, İllinoys, Münhen, Sao Paulo, Şanxayda fəaliyyət göstərir. Təlimdə tələbələr öz liderlik qabiliyyətlərini inkişaf etdirirlər, biznes bacarıqlarını və əməliyyat prosedurlarını təkmilləşdirirlər.
M.A Qorki adına Ədəbiyyat İnstitutu
İnstituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. Burada müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbiyyat janrlar üzrə yaradıcı seminarlar keçirirlər. Dünyada yeganə institutdur ki, roman və şer yazmağı öyrədir. İnstitutun şer və nəsr şöbələri fəaliyət göstərir ki, buranı bitirən tələbələr ədəbiyyat işçisi ixtisasına yiyələnmiş olurlar
Yapon Kiber-Universiteti
Universitetdə yalnız “İnformasiya Texnologiyaları Fakültəsi” və dünya dəyərlərinin qorunması ilə məşğul olan “Dünya Mirası Məktəbi” fakültəsi var. Universitetdə cəmi 1200 tələbə təhsil ala bilər. Dörd illik təhsildən sonra məzunlar bakalavr dərəcəsi alırlar.Bu universitetə daxil olmaq və təhsil almaq yalnız internet vasitəsi ilə onlayn rejimdə mümkündür
Çili Santyaqo Universiteti
Universitetin rektorluğu ölkədə paranormal hadisələr üzrə mütəxəssislər üçün kəskin tələbat olduğuna qərar verərək və qısa bir zamanda universitet UFO-lar üzrə mütəxəssislər hazırlamağa başladı. Tam təhsil kursunu bitirdikdən sonra məzunlara biliklərini praktikada tətbiq etmək imkanı verilir. 2005-ci ildə açılışından bu yana Universitet dünyanın yeganə UFO-üzrə mütəxəssislər hazırlayan universiteti olaraq qalır.
Carpigiani Gelato Universiteti
Bu qeyri-adi universitet İtaliyanın Boloniya şəhərində yerləşir. Burada tələbələrə dondurma hazırlamağı öyrədirlər. Burada tələbər adi dondurmalarla bərabər balıq, reyhan, qırmızı şərab dadı verən ekzotik dondurmalarıda hazırlamaq qaydasını mənimsəyirlər.
Naropa Universiteti
İnstitut Naropanın şərəfinə Naropa Universiteti adlandırılır. Universitetdə pedaqoji mühazirələr qeyri-ənənəvi yolla meditasiyalardan istifadə edilməklə aparılır. Bu ali təhsil müəssisənin əsası 1974-cü ildə qurulub.
Ranqsit Universiteti
Tailandın ən qəribə ali təhsil müəssisəsi Ranqsit Universitetidir. Ali təhsil müəssisənin fərqliliyi isə universitetin şəhərciyində olan bitkilərin rəngarəng olmasıdır. Universitet təhsilindən öncə fərqli şəhərciyi ilə tələbələri cəlb edir .
“College of Witchcraft and Wizardry”məktəbi
Polşanın Czocha qalasındakı “College of Witchcraft and Wizardry” cadugərlik məktəbi yaşı 18-dən yuxarı olan gənclərə sehrbaz və ya cadugər olmanın sirlərini öyrədir. Məktəbin ilk ilindən etibarən, şagirdlərə sehrbazlıq, bitkilər, astronomiya, uçan süpürgələr, sehrli kəlamlar, sehirli içkilər, müdafiə ilə bağlı bilgilər verilir.