Azedu.az

Almaniyada dörd yaşlılar üçün dil testləri tətbiq oluna bilər

Xəbərlər

8 İyul 2025, 14:55
Almaniyada dörd yaşlılar üçün dil testləri tətbiq oluna bilər

Almaniyanın Təhsil və Ailə Naziri Karin Prien ölkə üzrə dörd yaşlı uşaqlar üçün dil testlərinin tətbiqini dəstəkləyir. Nazirliyin açıqlamasına görə, bu testlər məktəbəqədər dövrdə uşaqların dil bacarıqlarını qiymətləndirmək və ehtiyac duyulan yerlərdə lazımi dil dəstəyini təmin etmək məqsədi daşıyır.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Karin Prien bildirib ki, belə bir addım ölkədə təhsil bərabərsizliyinin azalmasına və uşaqların sosial-emosional inkişafının dəstəklənməsinə xidmət edəcək. Nazirliyin planına görə, testlərin nəticələri əsasında fərdi təhsil proqramları hazırlanacaq.

Bu təşəbbüs, xüsusilə immiqrant ailələrinin uşaqları üçün erkən mərhələdə əlavə dəstək verilməsi baxımından əhəmiyyətlidir. Təhsil ekspertləri və valideynlər arasında müzakirələr davam edir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox