Britaniya Təhsil Nazirliyi, xüsusi ehtiyaclı uşaqların (SEND) və azyaşlıların inkişafı üçün nəzərdə tutulan “Müdafiəsiz Əlavə Dəstək Planı”nı (Vulnerable Support Plan) genişləndirir. Nazirlik 2028-ci ilə qədər İngiltərə üzrə 1 000 yeni “Best Start” ailə mərkəzinin fəaliyyətə başlamasını hədəfləyir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Təhsil naziri Bridget Phillipson bildirib ki, bu təşəbbüs, bir vaxtlar tətbiq olunan “Sure Start” proqramının uğurlarını davam etdirməyi və ailələrə erkən yaşlardan keyfiyyətli dəstək göstərməyi qarşısına məqsəd qoyur.
Mərkəzlər əsasən 5 yaşdan kiçik uşaqları olan ailələri, xüsusilə də SEND statuslu uşaqları əhatə edəcək. Lakin bəzi müxalif siyasətçilər EHCP (Education, Health and Care Plan) planlarında mümkün məhdudiyyətlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar bu dəyişikliklərin hüquqi təminatları zəiflədə biləcəyindən ehtiyat edirlər.