Azedu.az

Sabahdan məktəbli formalarının qiymətləri aşağı düşür

Xəbərlər

Məktəblər

30 İyun 2025, 13:46
Sabahdan məktəbli formalarının qiymətləri aşağı düşür

Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini aşağı salır.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, yeni qiymətlərə əsasən, qısaqol polo köynək 8 manat, uzunqol polo köynək 10 manat, şalvar 15 manat, jaket 20 manat,
ətək isə15 manat təşkil edir.

"Standart 26-54 ölçüdən böyük 56, 58, 60 şalvar, ətək və polo köynəklər artıq parça sərfiyyatı səbəbindən qiymətə 5 azn əlavə olunur", - E. Əzimov əlavə edib.

Qeyd edək ki, ötən il qollu və qolsuz köynəklər 15 manat, şalvar və ətəyin qiyməti isə 20 manat, jaket isə 30 manat idi.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox