Azedu.az

Qazaxıstanda xarici tələbə sayı rekord qırdı

Xəbərlər

27 İyun 2025, 16:48
Qazaxıstanda xarici tələbə sayı rekord qırdı

Qazaxıstan universitetlərində təhsil alan xarici tələbələrin sayı 2025-ci ildə rekord həddə — 31 500 nəfərə çatıb. Ən çox tələbə Hindistan, Çin və Orta Asiya ölkələrindən gəlib.

AzEdu.az xarici mediadan əldə etdiyi məlumata əsasən xəbər verir ki, ilk dəfə olaraq Asiya ölkələrindən gələn tələbələrin sayı MDB ölkələrini ötüb.

Artım hökumətin “Study in Kazakhstan” təşviqat proqramı və xarici universitetlərin filiallarının açılması ilə bağlıdır. Hazırda Coventry, De Montfort, Cardiff Metropolitan və KAIST kimi tanınmış universitetlərin Qazaxıstanda kampusları fəaliyyət göstərir.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox