Azedu.az

Araz çayında batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Xəbərlər

20 İyun 2025, 21:01
Araz çayında batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb

 

AzEdu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

 

18:59

Saatlıda 18 yaşlı oğlan Araz çayında batıb.

 

AzEdu.az xəbər verir ki, hadisə Araz çayının Saatlı ryonunun Novruzlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bildirilir ki, Novruzlu kənd sakini, 2007-ci il təvəllüdlü Zəka Qasımovun çayda batması barədə əlaqədar qurumlara məlumat daxil olub. Hadisə yerində xilasedicilər cəlb olunub və axtarışlar davam etdirilir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox