Azedu.az

 Su kanalında uşaq meyiti tapılıb

Xəbərlər

17 İyun 2025, 17:36
 Su kanalında uşaq meyiti tapılıb

Gürcüstanın Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisində faciəvi hadisə qeydə alınıb.

AzEdu.az xəbər verir ki, su kanalından körpə uşaq meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi xüsusi təhlükəsizlik lentləri ilə mühasirəyə alınıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi - “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” üzrə istintaq başladılıb.

Hadisənin detalları araşdırılır.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox