Azedu.az

Müəllimlərə süni intellektlə vaxta qənaət imkanı 

Xəbərlər

11 İyun 2025, 16:35
Müəllimlərə süni intellektlə vaxta qənaət imkanı 

İngiltərədə müəllimlər qiymətləndirmə işlərini sürətləndirmək və valideynlərə məktub hazırlamaq üçün süni intellektdən (SI) istifadə edə biləcəklər. Bu, hökumətin məktəblərə göndərdiyi yeni təlimat materiallarında əksini tapıb.

BBC-nin ilk olaraq əldə etdiyi sənədlərdə bildirilir ki, müəllimlər texnologiyadan “rutin tapşırıqları avtomatlaşdırmaq” məqsədilə istifadə edə və bununla da “şagirdlərlə daha keyfiyyətli üzdən-üzə vaxt” keçirə bilərlər.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən, Təhsil Departamenti (DfE) müəllimlərin SI alətlərindən istifadə etdiklərini açıq şəkildə bildirməli olduqlarını və onun nəticələrini mütləq yoxlamalı olduqlarını vurğulayıb.

Məktəb və Kollec Rəhbərləri Assosiasiyası (ASCL) yayılan materialları alqışlayıb və bildirib ki, bu, “tədris üçün daha çox vaxt yaratmaq” baxımından faydalı ola bilər. Lakin qurumun fikrincə, hələ də “həllini gözləyən ciddi məsələlər” qalır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox