II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanının nəticələri bu gün açıqlanacaq?
AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildilirb ki, II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanının nəticəsinin gün ərzində elan olunması nəzərdə tutulur.
09:40
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçrilib. Ancaq imtahan nəticələri hələ də açıqlanmayıb.
AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu həftənin sonuna kimi elan olunması nəzərdə tutulur.
“Nəticələr hazır olan kimi elan olunur, konkret vaxt demək mümkün deyil”.
Qeyd edək ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunmuşdu.
Ümumillikdə, imtahanda 54247 abituriyentin iştirak etmişdir.