Azedu.az

Ağdaşda ağır yol qəzasında yeniyetmə xəsarət alıb

17 May 2025, 09:15
Ağdaşda ağır yol qəzasında yeniyetmə xəsarət alıb

Ağdaşda ağır yol qəzası baş verib.

AzEdu.az Report-a istinadən  xəbər verir ki, 1993-cü il təvəllüdlü Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasını vurub, sonra isə yük avtomobili ilə toqquşub. Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri; 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Report-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox