Azedu.az

AZMİU-da texnologiya və innovasiya bir arada: Gənc startapçılar yarışır

Tələbələr

Universitetlər

13 May 2025, 14:05
AZMİU-da texnologiya və innovasiya bir arada: Gənc startapçılar yarışır

Bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Construction and Incubation" layihəsinin növbəti mərhələsinə rəsmi olaraq start veririk.

 

AzEdu.az xəbər verir ki, bu sözləri AZMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev qeyd edib.

 

Bildirib ki, layihə mart ayında start götürdü və "Student Startup Journey" - tələbə startap səyahəti çərçivəsində başladı. 20 təlim və 3 master-klassdan ibarət olan bu proqram sonda "Demo Day" ilə yekunlaşdı.

 

"Layihənin davamı olaraq bu gün Hakaton yarışmasına start verilir. Hakaton 2 gün davam edəcək, Memarlıq və İnşaat Universitetinin ixtisaslarına uyğun şəkildə təşkil olunacaq. Bugünkü tədbir innovativ inşaat və memarlıq layihələrinin idarə olunması və onların startap layihələrinə çevrilməsi istiqamətində mövcud olan trend sahələri əhatə edəcək. Yarış müxtəlif innovativ problemlərin həlli istiqamətində keçiriləcək.

 

Yarışın sonunda 3 komanda mükafatlandırılacaq: I yer – 2000 manat, II yer – 1500 manat, III yer – 1000 manat qazanacaq və inkubasiya proqramına qoşulmaq hüququ əldə edəcəklər. Bu proqramda onlar 2 aylıq layihə ilə iştirak edəcəklər.

 

Layihənin sonunda bildiyiniz kimi, qlobal innovasiya reyestrində universitetlərin payına 15 istiqamət düşür, bu layihə də 15 istiqamətin 13-nü özündə əks etdirir.

 

Layihənin yekununda inanırıq ki, ölkəmizin innovasiya ekosisteminə və memarlıq-inşaat sektorunun inkişafına ciddi töhfə veriləcək",- deyə o qeyd edib. 

 

Zeynəb Rzayeva

TƏCİLİ: Qabil Məmmədovla bağlı qərar verildi
Son xəbərlərDaha çox