Mayın 12-dən Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır.
Bu barədə AzEdu.az-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcəkdir.
Xatırladaq ki, attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə ed