Azedu.az

Xoşqədəm Hidayətqızına fəxri doktor adı verilib

Xəbərlər

23 Aprel 2025, 17:08
Xoşqədəm Hidayətqızına fəxri doktor adı verilib

Beynəlxalq Elm və Texnologiya Universiteti ("International Science & Technology University") tərəfindən Əməkdar jurnalist və televiziya aparıcısı Xoşqədəm Baxşəliyevaya fəxri doktor adı verilib.

AzEdu.az xəbər verir ki, diplom rəsmi mərasim zamanı universitetin rektoru prof. dok. Erdal Dursun və rektor müşaviri prof. dok. Bəxtiyar Nəcəfov tərəfindən təqdim olunub.

Beynəlxalq Elm və Texnologiya Universiteti dünyanın fiziki məhdudiyyətli şəxslər üçün yaradılmış ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, 10 beynəlxalq akkreditasiyaya malikdir. Universitet təhsil, elmi araşdırma və inklüziv cəmiyyətin qurulması sahəsində mühüm istiqamətləri üzrə fəaliyyət göstərir.

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox