Azedu.az

Dövlət Proqramı iştirakçısı beynəlxalq arenada uğur qazanıb

Xəbərlər

22 Aprel 2025, 12:50
Dövlət Proqramı iştirakçısı beynəlxalq arenada uğur qazanıb

Dövlət Proqramı iştirakçısı Aygün Bədəlova demensiya sahəsində apardığı tədqiqat ilə beynəlxalq Demensiya Konfransında çıxış edib və “Ən Yaxşı Təqdimat Qalibi” nominasiyası üzrə 300-dən çox səs toplayaraq qalib seçilib.

AzEdu.az xəbər verir ki, sözügedən konfrans 2025-ci ilin mart ayında Londonda “Dementias Platform UK” və “Alzheimer's Society” tərəfindən təşkil edilib. Konfrans çərçivəsində Proqram iştirakçısı diplom və pul mükafatı ilə təltif olunub. 

Bildirilir ki, Aygün Bədəlova "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University College London" ali təhsil müəssisəsində Səhiyyə və rifah ixtisas istiqaməti üzrə doktorantura təhsili alır. 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox