Azedu.az

5 ailə üzvü xiyardan zəhərləndi - üçü uşaqdır - YENİLƏNDİ

Xəbərlər

22 Aprel 2025, 10:37
5 ailə üzvü xiyardan zəhərləndi - üçü uşaqdır - YENİLƏNDİ

Bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.

Bildirilib ki, funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

09:15

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox