Azedu.az

“Savadlı valideynlər uşaqlarını mobil cihazlardan qoruyur”

Xəbərlər

Müəllimlər və elm adamları

7 Aprel 2025, 15:07
“Savadlı valideynlər uşaqlarını mobil cihazlardan qoruyur”

Bu gün Azərbaycanda valideynlər övladlarını sakitləşdirmək üçün onlara mobil telefon, televizor pultu kimi əşyalar verirlər. Lakin xaricdə bu yanaşma fərqlidir. Valideynlər övladlarını sakitləşdirmək üçün onların düşünmə qabiliyyətini inkişaf etdirə biləcək oyuncaqlardan istifadə edirlər.

 

Bu, tərbiyə üsullarından, sosial vəziyyətdən, yoxsa maarifləndirmənin səviyyəsindən irəli gəlir?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edib ki, bu, çox zaman savadlılıqdan irəli gəlir:

 

"Çünki müəyyən mütaliəsi olan insanlar bilirlər ki, bütün aludəçiliklərin insanın fizologiyasına zərərləri mövcuddur. Məhz bu səbəbdən qərbdə bir çox valideyn övladlarına mobil telefon və ya planşet verməyin əleyhinədir”.


Müsahibimiz bildirib ki, bizim valideynlər isə mobil telefonu öyrədici və baş qatmaq üçün bir vasitə kimi istifadə edirlər:


“Bu isə uşaqlarda ciddi fəsadlara yol aça bilər. Bu, uşaqların tərbiyəsinə və mental inkişafına da əhəmiyyətli dərəcədə təsir edən bir məsələdir. Düşünürəm ki, valideynlərimiz maarifləndikcə bu məsələdə daha diqqətli olmalı, zəruri hallarda geri addım atmalı və övladlarını ekranlardan uzaq tutmalıdırlar. Çünki ekranlardan yayılan işıq insan gözünə zərər verir, həmçinin bu cihazlarda yer alan bəzi məzmunlar uşaqlar üçün arzuolunmaz ola bilər.


Bu mövzu ilə bağlı valideynlərin üzərinə böyük məsuliyyət düşür və bu məsuliyyəti layiqincə yerinə yetirmək onların savadlılıq səviyyəsindən asılıdır".

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox