Bu gün Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmlər doktoru, professor Zahid Məmmədovun doğum günüdür.
AzEdu.az xəbər verir ki, professor 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olub.
O, 1972–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin tam kursunu fərqlənmə ilə bitirib. 1979–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin komsomol komitəsinin katibi seçilib. 1982-ci ildə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun maliyyə-kredit ixtisasına daxil olub. 1983–1985-ci illərdə SSRİ, RF Arxanqelsk vilayətində yerləşən hava hücümlarından müdafiə qoşunlarına bağlı hərbi hissədə xidmətdə olub. Hərbi xidmətdə hərbi hissənin komsomol komitəsinin katibi və radio stansiyanın rəisi vəzifəsində çalışıb.
1998-ci ildə RSFSR Təhsil Nazirliyinin 585 saylı göndərişinə əsasən Leninqrad Maliyyə İqtisad İnstitutunda gənc mütəxəssis kimi işə qəbul olunub.1993–1994-cü illərdə Sankt-Peterburq dövlət Maliyyə İqtisad Universitetininə müəllim və Sankt-Peterburq Fond birjası Depozitar Klirinq Trast Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.
Daha sonra 1994–2011 Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasında baş müəllim, dosent vəzifəsində çalışıb.2004–2006-cı illərdə "Barmek" şirkətlər qrupunda müşavir olub.2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun elmi işlər müşaviri olub.UNEC alimləri beynəlxalq forumda çıxış edibdir.
2011–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının professoru olub.2011–2012-ci illərdə RF Forex Club şirkətində makroiqtisadi tədqiqatlar mərkəzinin direktoru vəzifəsində çalışıb.2013–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının müdiri vəzifəsinə seçilib.2016–2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Elm" şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru vəzifəsindədir.2019-cu ildə Azərbaycan Televiziyasında (AzTV), şənbə saat 19.30 "Bizness klass" verilişinin ideya müəllifi və aparıcısı olubdur.2019-cu ildə İşıq Universitetinin iqtisadiyyat şöbəsinin professorudur.
15 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilib.27 oktyabr 1998-ci ildə TC Marmara Üniversitesi Bankaçılık və sığortaçılık enstitüsünün qərarı ilə Bankaçılık elmləri doktoru ünvanı və diploma verilib.
16 noyabr 2007-ci ildə RF Ali Attestasiya Komissiyasının qərari ilə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.2may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.30 mart 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib.
Zahid Məmmədov 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının, sonradan isə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının üzvüdür.
Z.Məmmədov 24 sentyabr 2020-ci ildə – Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə — Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" Azərbaycan Respublikasının fəxri adı verilib.
Qeyd edək ki, Zahid Məmmədov təhsilin inkişafına yönələn kreativ təkliflərə görə "Firidun bəy Köçərli" adına mükafata layiq görülüb.
AzEdu.az kolletivi adından professoru təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!