Bakıda itkin düşən üç yeniyetmə qızdan ikisinin axtarışları davam edir. Yasamal rayonu, "İnşaatçılar" metro stansiyası yaxınlığında itkin düşən qızların yerinin hələ də müəyyənləşdirilmədiyi bildirilir.
AzEdu.az xəbər verir ki, Baku TV-yə açıqlama verən valideynlərdən biri qızının şəhərə gəzmək üçün ondan icazə alıb getdiyini deyib.
Valideynin sözlərinə görə, qızı və rəfiqəsi yola çıxdıqdan sonra onlardan şəkil və mesajlar gəlməyə başlayıb, amma daha sonra əlaqə kəsilib.
Qızlardan birinin valideyni bildirib ki, Əli adlı şəxs qızları axtardığını bildirərək onlarla əlaqə saxlamağa çalışıb. Bu şəxs qızların tapılması üçün müəyyən vədlər verərək, onları axtaracağına dair mesajlar göndərib. Əli adlı şəxsin qızları axtardığına dair verilən məlumatlar şübhəli hesab edilib və onun hərəkətləri araşdırılır.
"Atəş adlı bir oğlan bir qızı rayona, digərini isə Dubaya aparmaq istədiyini bildirmişdi. Ofelya isə bu prosesə qarşı çıxıb və hazırda Kəmalə adlı bir qızın evində qalır" , - deyə Əli bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, itkin düşən qızların tapılması üçün intensiv axtarış işləri aparılır. Araşdırmalar davam edir.