“Zəlzələ Masallının heç bir məktəbində dağıntıya səbəb olmayıb”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Masallı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Pəri Allahverdiyeva deyib. O, zəlzələninin rayon ərazisində hiss olunmadığını qeyd edib:
“Hər şey qaydasındadır. Zəlzələ Masallının heç bir məktəbində dağıntıya səbəb olmayıb. Təhsil həyatı öz axarında davam edir”.
Xatırladaq ki, noyabrın 30-da Yardımlı stansiyasından 28 kilometr şərqdə, Masallı rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 21:02-də qeydə alınıb.