Azedu.az

Biri müəllim, biri isə tələbə olmaqla 4 nəfərin meyti tapıldı

Xəbərlər

5 Mart 2025, 21:59
Biri müəllim, biri isə tələbə olmaqla 4 nəfərin meyti tapıldı

Göygöldə dəm qazından zəhərlənərək ölənlərdən biri müəllim, biri isə tələbə imiş.

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən qadınlardan biri orta məktəbdə müəllim işləyirdi.

25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.

Dünyasını dəyişən şəxslərdən biri isə tələbə idi. Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox