Azedu.az

“Azərbaycan dilinin böyük frazeoloji lüğəti” çapdan çıxıb

28 Fevral 2025, 13:45
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti” çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru və mərhum professor Bayram Əhmədovun “Azərbaycan dilinin böyük frazeoloji lüğəti” çap olunub.

Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan lüğətin elmi redaktoru professor Nadir Məmmədli, redaktorları professorlar İsmayıl Məmmədli, Sevinc Əliyeva və dosent Gülarə Əmirovadır.

Rəyçilər professorlar Sevil Mehdiyeva, Gülnarə Sadıqova, Abbas Abbasov, dosentlər Fidan Salayeva, Amil Cəfərov və Aqil Cəfərovdur.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Azərbaycan dilinin frazeoloji lüğətindən orta və ali məktəb müəssisələrində, kurslarda, lüğətçilik tədqiqatlarında, gənc alimlərin elmi araşdırmalarında, türkdilli xalqların böyük həcmli lüğətlərinin hazırlanmasında dəyərli bir vəsait kimi istifadə oluna bilər. Bununla yanaşı, geniş oxucu kütləsi üçün də faydalıdır.

Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. 20 min 500-ə qədər frazeoloji vahidin izahının verildiyi lüğət “Elm və təhsil” nəşriyyatında çap olunub.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox