Azedu.az

AMEA ilə TÜBİTAK Türk indeksini yaradır

Xəbərlər

AMEA

20 Fevral 2025, 18:47
AMEA ilə TÜBİTAK Türk indeksini yaradır

Türkiyənin TÜBİTAK ULAKBİM Dergi¬Parkının elmi jurnallar şəbəkəsinə AMEA-nın 3 elmi jurnalı daxil edilib. Bundan başqa, akademiyanın ən müasir tələblərə cavab verən elmi jurnallarından ibarət Milli Elmlər Akademiyasının Dərgi Park Elektron jurnallar şəbəkəsi yaradılıb.

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncaq zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.

Akademik qeyd edib ki, hazırda AMEA ilə TÜBİTAK-ın birgə işbirliyi əsasında elektron jurnalların vahid şəbəkəsi əsasında Türk indeksinin yaradılmasına doğru addımlar atılmaqdadır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox