Azedu.az

Rəsədxana kosmik hava proqnozunu açıqlayıb

18 Fevral 2025, 11:32
Rəsədxana kosmik hava proqnozunu açıqlayıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, Günəş fəallığı bir qədər zəifləyib. Alışmalara bağlı olaraq bir neçə tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəş küləyinin maksimal sürəti saniyədə 700 kilometrədək artıb.

Fevralın 23-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Günəş küləyinin sürətinin fevralın 18-də mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə artacağı gözlənilir. Ola bilsin ki, TKA-nın da təsiri əlavə olunsun, lakin bu ehtimal aşağıdır.

Avroraların müşahidə olunması ehtimalı isə yuxarı coğrafi enliklərdə 35 faiz, orta coğrafi enliklərdə 1 faizdir.

Fevralın 18-də mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının və fevralın 15-də baş vermiş TKA təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox