Azedu.az

Bir ailə hamamda dəm qazından ZƏHƏRLƏNDİ

Xəbərlər

15 Fevral 2025, 20:32
Bir ailə hamamda dəm qazından ZƏHƏRLƏNDİ

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

AzEdu.az  xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Nərmin Lahıcova, 2013-cü il təvəllüdlü Aylin Lahıcova, 2014-cü il təvəllüdlü Aysu Lahıcova və 1969-cu il təvəllüdlü Təranə Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox