Azedu.az

Azərbaycanlı yeniyetmələr Türkiyədə qızıl medal qazanıblar

Xəbərlər

15 Fevral 2025, 09:09
Azərbaycanlı yeniyetmələr Türkiyədə qızıl medal qazanıblar

Azərbaycan taekvondoçuları Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) daha 5 medal qazanıblar.

AzEdu.az xəbər verir ki, oğlanlar arasında Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, dünən gənc qızlar arasında Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox