Azedu.az

15 yaşlı piyadanı maşın vuraraq öldürüb 

Xəbərlər

30 Yanvar 2025, 16:00
15 yaşlı piyadanı maşın vuraraq öldürüb 

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, yanvarın 23-də Mingəçevir şəhərində "VAZ" markalı avtomobil piyada, 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq O, bu gün müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox