Azedu.az

Yeni yayılan respirator virusla bağlı təhsil müəssisələrində davamiyyət normaldır – RƏSMİ

Xəbərlər

8 Yanvar 2025, 12:47
Yeni yayılan respirator virusla bağlı təhsil müəssisələrində davamiyyət normaldır – RƏSMİ

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Xatırladaq ki, ötən gün Səhiyyə Nazirliyi ölkədə kəskin respirator xəstəlik yayıldığı ilə bağlı məlumat açıqlamışdı.

TƏCİLİ! Türkiyə qırıcıları İrana görə havaya qaldırıldı
Son xəbərlərDaha çox