Azedu.az

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar müəyyən ediləcək

24 Dekabr 2024, 17:32
Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar müəyyən ediləcək

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müəyyən ediləcək.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox