Azedu.az

DİM bu şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Noyabr 2024, 17:45
DİM bu şəxslərə müraciət edib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən ölkəmizdə növbəti bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixinə təyin edilib. Bununla əlaqədar olaraq, 23 sentyabr 2024-cü il tarixində elan edilmiş müsabiqə üzrə müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin müsahibə qrafikində dəyişiklik edilib və 29 yanvar 2025-ci il tarixindən etibarən keçirilməsi nəzərdə tutulmuş bütün müsahibələr müvafiq olaraq təyin edildikləri gündən bir gün sonraya keçirilib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, qeyd olunan dəyişiklik artıq namizədlərin “Şəxsi kabinet”lərində yerləşdirilən müsahibə qrafikində öz əksini tapıb. Həmçinin müsahibə qrafikində dəyişiklik edilməsi ilə bağlı namizədlərinin elektron poçt ünvanlarına müvafiq bildiriş göndərilib.

Namizədlər müsahibə qrafiki ilə aşağıdakı link vasitəsilə də tanış ola bilərlər:

//exidmet.dim.gov.az/dqq/Report/MsbMshQrafikiList

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox