Azedu.az

Deputat: Ali təhsilin ödənişsiz olması istiqamətində işlər görülür 

Universitetlər

15 Oktyabr 2024, 15:20
Deputat: Ali təhsilin ödənişsiz olması istiqamətində işlər görülür 

“Çalışmalıyıq ki, universitetlərdə təhsil tam ödənişsiz olsun”

 

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, son illərdə ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artıb:

 

“Bu gün artıq 50%-dən çox tələbə dövlət hesabına təhsil alır. Əvvəlki dövrə nəzər salsaq görərik ki, o vaxtlarda indiki qədər tələbə dövlət hesabına təhsil almırdı. Bu sayın artması təsadüfi deyil, çünki hər il dövlət tərəfindən ayrılan plan yerlərinin böyük bir qismini dövlət büdcəsi maliyyələşdirir.

 

Reallığı nəzərə alaraq, bütün tələbələrin dövlət hesabına tam ödənişsiz təhsil almasını təmin etmək mümkün deyil. Çünki ildən-ilə ali məktəbə daxil olanların sayı artır ki, bu da çox böyük miqdarda maliyyə vəsaiti deməkdir. 

 

Bu baxımdan çalışmalıyıq ki, ali məktəblərdə təhsil tam ödənişsiz olsun. Təhsil tam ödənişsiz olduğu zaman isə müəllimlərin əmək haqqı məsələsi gündəmə gəlir. Düşünürəm ki, bu problemi həll etmək üçün universitetlərin tam dövlət hesabına maliyyələşməsinə keçməliyik”.

 

Müsahibimiz biıdirib ki, bəzən ödənişi aşağı olan universitet, ödənişi yüksək olan universitetdən daha yaxşı təhsil verir:

 

“Təhsilin keyfiyyətini təhsil haqqının yüksəkliyi ilə müəyyən etmək doğru deyil. Bu iki predmetin arasında müəyyən qədər bağlılıq olsa da, tam olaraq asılılıq yoxdur.

 

Ümumilikdə təhsilin ödənişsiz olması istiqamətində işlər görülür. Amma burada əsas hədəf və məqsəd müəllimlərin maaşının artması olmalıdır. Ali məktəblərdə müəllimlərin maaşının artırılması üçün dövlətin universitetə maliyyə dəstəyi olmalıdır. Əks halda buna nail olmaq qeyri-mümkündür”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox