Azedu.az

DİM-in əməkdaşları Zəfər Parkını ziyarət edib

Dövlət İmtahan Mərkəzi (DİM)

27 Sentyabr 2024, 17:55
DİM-in əməkdaşları Zəfər Parkını ziyarət edib

27 Sentyabr – Anım Günü Dövlət İmtahan Mərkəzinin əməkdaşları şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər Parkını ziyarət edib və parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzüblər.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox