Azedu.az

“Uşaqlar məktəbə dərsə görə deyil,əylənmək və oynamaq üçün gəlirlər”

17 Sentyabr 2024, 14:03
“Uşaqlar məktəbə dərsə görə deyil,əylənmək və oynamaq üçün gəlirlər”

Artıq 2024-2025-ci tədris ilinə başladıq. Demək olar ki, bir çox şagirdi dərslərə adaptasiya etmək çətin olur. Sözsüz ki, bütün yayını əyləncəli oyunlarla keçirən uşaqlar dərslərə fokuslana bilmirlər. Onlar yalnız ailə təzyiqi ilə dərslərinə hazırlaşır, hətta məktəbə getmək belə istəmirlər. Əvvəlki dövrlə müqayisədə belə uşaqlarda artım müşahidə edilir.

 

Nəyə görə uşaqları dərsə adaptasiya etmək get-gedə çətinləşir?

 

Məsələ ilə bağlı təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında bildirib ki, valideynlər tərəfindən uşaqların məktəbə zorla göndərilməsi adaptasiya prosesində maneə yaradır:

 

“Tədris ilinin əvvəlində şagirdlərin dərslərə adaptasiyası müəyyən çətinliklər yarada bilir. Uşaqlar yay tətili zamanı daha rahat həyat yaşadıqları üçün dərsə geri qayıtmaqda çətinlik çəkə bilirlər. Gündəlik həyatlarında olan dəyişikliklər uşaqların məktəb mühitinə adaptasiya dövründə müəyyən narahatlıq yarada bilər. Tətil sonrası dəyişikliklərə alışmaq bəzən vaxt tələb edir. Bəzi uşaqlar məktəbə qarşı mənfi münasibət bəsləyə bilirlər.

 

Uşaqların yeni dərs ilinə uyğunlaşması üçün yemək və yuxu saatlarını tədricən qaydaya salmaq lazımdır. Uşaq dərsini uğurla icra edərsə, uşaqla birlikdə oyun oynaynamağı təklif edə bilərsiniz. Uşağa sevəcəyi kiçik mükafatlar verməklə, dərsə daha çox diqqət ayırmağa maraq yaratmaq olar.

 

Mükafat maddi dəyərdə olmaya da bilər. Birlikdə gəzinti, istirahət, əzizləmək, dəyər vermək kimi mükafatlar uşaqlar üçün çox dəyərlidir. Uşaqların məktəbə getməklə bağlı rahatsızlığı varsa, bu barədə onlarla danışıqlar aparılmalıdır".

 

Müsahibimiz qeyd edib ki, tədqiqatlar göstərir ki, uşaqlar məktəbə dərs öyrənməkdən daha çox dostları ilə görüşmək, oynamaq və əylənmək üçün gəlirlər:

 

“Bunu nəzərə alan müəllim və inzibati heyət məktəb mühitini uşaqlar üçün maraqlı, faydalı, xoş mühitə çevrirə bilsə, uşaqların məktəb həyatına adaptasiya prosesi daha rahat olar”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox