Azedu.az

Turan Topalova: 135 nəfər ilk 10-luqda olan universitetlərdə təhsil alacaq

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

12 Avqust 2024, 16:00
Turan Topalova: 135 nəfər ilk 10-luqda olan universitetlərdə təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişikliyə əsasən, dünyanın 15 ölkəsinin 85 nüfuzlu ali təhsil müəssisəsində 500 nəfər təhsil alacaq. Eyni zamanda, qəbul olunanlar siyahısında dünya universitetlərinin reytinq cədvəllərində yer alan ilk onluqda təhsil alacaq gənclərin sayı 135 olaraq müəyyən edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova avqustun 12-də keçirilən brifinqdə söyləyib. O xatırladıb ki, Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb.

 

Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox